Accessibility links

Mozambikdə vəba xəstəliyi sürətlə yayılır


Rəsmilərin bildirdiyinə görə, Mozambikdə baş verən siklondan sonra çərşənbə günü vəba xəstələrinin sayı 5 olduğu halda, cümə axşamı rəqəm 139-a çatıb.

Vəba çirkli su və qida ilə yayılan bakterial xəstəlikdir. Güclü ishal və bədəndə suyun azalması ilə müşayiət olunan bu xəstəlik təcili müdaxilə olunmazsa, insanı bir neçə saat ərzində öldürə bilər.

Çirkli su və sanitariya çatışmazlığının baş alıb getdiyi Mozambikdə siklondan sonra xəstəliyin yayılması üçün münbit zəmin yaranıb.

Dözülməz yaşayış, çirkli su və sanitariya çatışmazlığının baş alıb getdiyi bu ölkədə siklondan sonra xəstəliyin yayılması üçün əlverişli şəraıt yaranıb.

Dünya Səhiyyə Təşkilatı bu həftənin əvvəlində vəba xəstəliyinə qarşı bölgəyə 900 min peyvənd göndərdiyini bildirib.

Fransanın AFP xəbər agentliyi siklonun təsirinə məruz qalan şəhər və kəndlərdə radio və səsyüksəldənlər vasitəsilə vəbadan qorunma təbliğat kampaniyasının aparıldığını bildirib.

UNICEF bu kimi ölümcül xəstəliklərin yayılmasının qarşısını almaq üçün çox az vaxt olduğu barədə xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG