Accessibility links

Amerikada ən qorxulu "MS-13" qanqster qrupuna qarşı mübarizə gücləndirilib [Video]


Amerikada ən qorxulu "MS-13" qanqster qrupuna qarşı mübarizə gücləndirilib
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Tramp administrasiyası əslən El-Salvadordan olan küçə qanqsterlərinin "MS-13" qrupuna qarşı mübarizəni gücləndirmək qərarına gəlib. Hazırda bu dəstənin üzvləri qeyri-qanuni miqrasiya adı ilə öz zorakı əməllərini yerinə yetirməkdədir.

​Tramp administrasiyasının "MS-13" ilə mübarizəni gücləndirmək qərarından sonra qurbanlarını qətlə yetirən banda üzvlərinin kütləvi həbsinə başlandı.

Prezident Tramp belə bir cinayətkar dəstənin Birləşmiş Ştatlarda kök salmasına imkan verdiyi üçün əvvəlki administrasiyanın mühacirətlə bağlı siyasətini tənqid edib. “İnanın mənə, "MS-13" yaxın zamanda bizim küçələrdən yox olacaq” deyə, cənab Tramp bildirib.

Son nailiyyətlərə baxmayaraq, Birləşmiş Ştatların baş prokuroru Ceff Seşşons bundan əvvəl də bir dəfə dağıdılan bu bandanın yenidən bərpası üçün sonradan öz bölgələri, Honduras, Qvatemala və El-Salvadordan olan gəncləri cəlb etdiyini deyib. “Biz sərhədi möhkəmləndirəcək, mühacirət qanunlarını sərtləşdirəcək, təchizat xətlərini qıracağıq”.

Lakin mühacirlərin qarşısının alınması narkotik maddə alveri ilə də məşğul olan dəstə üzvlərinin sayının azalmasına yardım edəcəkmi? Vaşionqtonun Kato institutundan mühacirət üzrə təhlilçi Aleks Novrastə: “Çox güman ki, bu bandaya qanqsterlər pulla cəlb edilir. Böyük gəlir isə narkotikdan əldə edilir. Deməli, gəlir olmasa, banda da olmaz.”

2012-ci ildə Mərkəzi Amerika ilə sərhəddə Sərhəd Partolu tərəfindən 250 minə qədər uşaq saxlanmışdı. Onlardan 160-nın sərhədi bandaya üzv olmaq üçün keçmək istədiyi məlum oldu.

Bu yaxınlarda Birləşmiş Ştatların bir neçə böyük şəhərində həyata keçirilən kütləvi həbslər zamanı ələ keçirilənlərin çoxunun ABŞ vətəndaşı olduğu aşkar edilib. Lakin Konqresin Respublikaçı üzvləri azyaşlıların daha asan hədəf alındıqlarından narahatdır. Senator Çak Krasli: “MS-13 bandası üçün qeyri-qanuni statusu olanları və Mərkəzi Amerikadakı vəziyyətdən qaçmaq istəyənləri cəlb etmək daha asandır.”

"MS-13" bandası üzvlərinin 90 faizinin qeyri-qanuni mühacir olmasına baxmayaraq, cinayətlərə mühacirlərin səbəb olduğu iddiaları faktlara əsaslanmır. “Qanuni və ya qanunsuz olmalarından asılı olmayaraq, mühacirlərin Amerikada cinayət törətmə halları yerli amerikalılarla müqayisədə çox aşağıdır” deyə, Aleks Novrastə bildirir.

XS
SM
MD
LG