Accessibility links

Mərkəzi Seçki Komissiyası ikili vətəndaşlığı olan şəxsin deputatlığa namizədliyini ləğv edib


Milli Məclisə növbədənkənar seçkilər üzrə 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

Bildirilib ki, R.Camalovun ikili vətəndaşlığı var. Müzakirələrdən sonra 46 saylı Şirvan Seçki Dairəsinin qərarı ləğv edilib

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.

Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycanın beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG