Accessibility links

MSK Milli Məclisə növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyası bu ilin fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısını açıqlayıb.

Bu barədə MSK-dan bildiriblər.

Məlumata görə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Hazırda növbədənkənar parlament seçkilərində qeydiyyat mərhələsidir. Bu gün, yanvarın 10-u saat 18-də namizədlərin imza vərəqələrini dairə seçki komissiyalarına təqdim etmə müddəti başa çatacaq. Daha bir həftə qeydiyyat mərhələsi davam edəcək.

Təşviqat mərhələsi yanvarın 17-də başlanır.

Dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır.

Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

XS
SM
MD
LG