Accessibility links

MSK-nın Müstəqil Media Mərkəzi yaradılıb


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) «Seçki – 2020» Müstəqil Media Mərkəzi yaradılıb.

Yanvarın 13-də Bakı şəhərindəki Hilton otelində MSK sədri Məzahir Pənahov və komissiya üzvlərinin iştirakı ilə «Seçki – 2020» Müstəqil Media Mərkəzinın açılışı olub.

MSK –nın məlumatına görə «Seçki-2020» Müstəqil Media Mərkəzi seçkilərin geniş və obyektiv işıqlandırılması, habelə seçkilərdə şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi üçün kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə yardım göstərilməsi məqsədilə yaradılıb.

Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərməli olan Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradıldığı vurğulanıb.

Dekabrın 5-də Azərbaycan prezidenti növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam imzalayıb.

Müxalifət qüvvələrindən Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Haqq Ədalət Partiyaları seçkiləri boykot edir. Bu qurumlar seçkiləri boykot etmələrini ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün şəraitin olmaması ilə əsaslandırır.

Dövlət rəsmiləri və Mərkəzi Seçki Komissiyası isə azad və demokratik seçkilərin keçirilməsi üçün lazım olan bütün şəraitin yaradıldığını bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG