Accessibility links

MTN-nin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi həbs edilib


Qandal
Qandal

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

APA gentliyinin məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M.Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M.Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Bu il oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlüksəzilik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.

Bunun ardınca MTN əməkdaşları barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə cinayət işi başlanılıb.

Yerli medianın məlumatlarına görə, cinayət işi üzrə indiyədək 20-dən çox vəzifəli şəxs saxlanıb. Saxlanılanlar arasında MTN-nin əməkdaşları ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri də var.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG