Accessibility links

Keşmiş MTN-çilər onlarla sahibkarın qanunsuz olaraq telefonlarına qulaq asıb


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə yeni detallar məlum olub.

Report agentliyinin məlumatına görə, istintaq materialları ilə sübuta yetirilib ki, 2012-2015-ci illər ərzində onlarla iş adamının telefonları qanunsuz olaraq dinlənilib.

İttiham aktına əsasən, Bakı şəhərində Monitorinq Mərkəzinin rəisi vəzifəsində xidmət edən Teymur Quliyev tabeçiliyində olan Atayev Fərhad Tofiq oğlu, Şirəliyev Anar Hacıçoban oğlu və başqaları, həmçinin Qurbanov Sühabir Xalıq oğlu, Əliyev Fizuli Zülfüqar oğlu, Məmmədov Zaur İbiş oğlu, hazırda məhkəmə məsuliyyətinə verilmiş Çovdarov Akif Teymurxan oğlu, Əliyev Akif Oktay oğlu, Məmmədov Səlim İmran oğlu, barələrində cinayət təqibi davam etdirilən Quliyev Elçin İbrahim oğlu, Əliyev İlqar Mustafa oğlu, Mehdiyev Azər Söhrab oğlu və yaradılmış mütəşəkkil dəstənin digər şəxslərdən ibarət üzvləri ilə birlikdə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə və tamahkarlıqla qırxadək sahibkarlıq fəaliyyəti subyektlərinin rəhbərlərinin, vəzifəli şəxsərinin telefonlarına qanunsuz olaraq qulaq asaraq külli miqdarda pul vəsaitlərini ələ keçirib.

İstintaq materialında deyilir ki, keçmiş MTN generalları və yüksək vəzifəli şəxsləri sahibkarların istifadələrində olan mobil telefon nömrələri üzrə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə dinləmə və statistik məlumatları toplama proqramları tətbiq olunmaqla telefon danışıqlarına qulaqasma və texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təşkil edərək müvafiq qanunvericiliyin tələblərini qəsdən pozmaqla onların hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.

İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG