Accessibility links

MTN: Bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi-emblem
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi-emblem

Son vaxtlar bir sıra dövri mətbuat və elektron informasiya vasitələrində intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya, Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. Qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr idarəsindən AZƏRTAC dövlət agentliyinə bildiriblər.

Xəbərdə deyilir ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Cinayət işi üzrə MTN-nin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1( vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, rəsmi məlumatlarda Milli Təhlükəsizlik Nazirliyinin barəsində həbs qətimkan tədbiri seçilmiş əməkdaşlarının adları və onların tutduqları vəzifələr qeyd edilmir. Yerli media isə müxtəlif qeyri-rəsmi mənbələrə istinadən nazirliyin çoxsaylı idarə rəislərinin, onların müavinlərinin, hətta nazir müavinlərinin, vəzifəli şəxslərin qohumlarının, onlara bağlı olan şirkətlərin səlahiyyətli şəxslərinin həbsi ilə bağlı məlumatlar dərc etməkdədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG