Accessibility links

Zərərçəkmiş: 200 min dollar istədi, 80 min verdim


Akif Çovdarov (Foto Virtualaz.org saytınındır)
Akif Çovdarov (Foto Virtualaz.org saytınındır)

Noyabrın 30-da bakının Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub.

Report agentliyinin məlumatına görə, sonra “Moda” mağazası epizodu üzrə şahidlərin dindirilməsinə başlanılıb.

Jurnalistlərin iştirakı olmadan baş tutan iclasda A.Çovdarov məhkəməyə üç həkimin müşayiəti ilə oksigen balonunda gətirilib. Bundan başqa, məhkəmədə Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinin baş həkimi də iştirak edir.

İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satmasını etiraf etməsi tələb olunub. Bundan sonra onu təxminən 10 saatdan artıq orada saxlayıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs edəcəkləri ilə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib MTN-nin inzibati binasında şəxsən A.Çovdarova verib.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən Akif Əliyev epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib. O, da istintaqa verdiyi ifadəsini təsdiqləyib.

F.Zülfüqarov bildirib ki, 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin sabiq işçisi Akif Əliyev onu idarəyə çağırıb. Onun sözlərinə görə, A.Əliyev ondan 50 min manat istəyib: “Lakin ona 10 min manat verdim”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG