Accessibility links

Mətyu Brayzanın ABŞ-ın Azərbaycanda səfir vəzifəsinə namizədliyi irəli sürüldü


Mətyu Brayza
Mətyu Brayza

Cənab Brayza hazırda Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin Yardımçı müavini vəzifəsində çalışır

Dünən ABŞ prezidenti Barak Obama Azərbaycan Respublikasına səfir vəzifəsinə Mətyu Brayzanın namizədliyini irəli sürüb. Cənab Brayza uzun illər Xarici Xidmət İdarəsində çalışıb. O, hazırda Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin Yardımçı müavini vəzifəsində çalışır. Bundan öncə cənab Brayza Ağ Evin Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya məsələləri üzrə direktor olub. O, həmçinin Xəzər Dənizi Hövzəsi Enerji Diplomatiyası üzrə prezident və dövlət katibinə xüsusi müşavirlik edib. Mətyu Brayza habelə Rusiya və Polşada xidmət edib. Cənab Brayza bakalavr dərəcəsini Stanford Universitetində, beynəlxalq münasibətlər ürə magistr dərəcəsini isə Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində bitirib.

XS
SM
MD
LG