Accessibility links

Muğan Aqrosənaye Kompleksi Tehran şirkətinə “çips qiymətinə satılıb”


İran Azərbaycanında yerləşən 63 min hektar böyüklüyündə Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin dəyərindən qat-qat aşağı qiymətə özəl sektora satılmasını, tənqidçilər milli sərmayənin talan edilməsi kimi dəyərləndirirlər.

İran xəbər agentliklərinə istinadən, “Tehran Sərmayə Bazarının İnkişafı” şirkəti Muğan şirkətinin bir kvadrat metrini 2800 tümənə satın alıb.

Bu günlərdə Tehran bazarında bir Amerika dollarının dəyəri təqribən 10 min tüməndir.

Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin tərkibində, meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və digər istehsalat fabrikləri də mövcuddur.

Muğan şirkətinin satılması xəbəri sadəcə İran Azərbaycanında fəaliyyət göstərən mətbuat və türk fəalların deyil, Həsən Ruhani hökümətinə müxalif olan siyasi qruplara mənsub medianın da gündəmindədir.

Şirkətin əsl dəyərindən qat-qat ucuz satılmasına diqqət çəkən “Tasnim” xəbər agentliyi satışın xəbərini “Muğan Aqrosənaye şirkətinin hər kvadrat metri çips qiymətinə satılıb” başlığı ilə dərc edib.

Muğan Aqrosənaye və Heyvandarlıq kompleksinin tərkibində meyvə bağları və böyük heyvandarlıq kompleksindən əlavə, şəkər zavodu, süd məhsulları fabriki və başqa istehsalat fabrikləri də mövcuddur.

“Şirkətin mülkiyyətində olan bütün malları, zavodları, bol məhsullu meyvə bağlarını, çox sayda mexaniki avadanlıqları və binaları nəzərdə almasaq, kompleksin tamamını çöllük torpaq hesab etsək belə, bu torpağın bir kvadrat metri 2800 tümənə, yəni 2 torba 100 qramlıq çipsin qiymətindən daha ucuza satılıb,” Tasnim agentliyində dərc edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG