Accessibility links

27 milyon kişi, qadın və uşaq müasir quldarlığın qurbanıdır


Müasir quldarlıq cəmiyyətləri daxildən dağıdır, ailələri parçalayır, insanları siyasi proseslərdən kənarda qoyur, ölkələrə güclü ədliyyə sisteminin yaradılmasına maneə törədir. Bu, ABŞ dövlət katibinin milki təhlükəsizlik, demokratiya və insan hüquqları üzrə müavini Maria Oteronun sözləridir.
Hazırda 27 milyon kişi, qadın və uşaq müasir qurldarlığın qurbanıdır.

Dövlət Deraptamentinin bu ay hazırladığı insan alveri ilə bağlı hesabatında ABŞ da daxil olmaqla, 186 ölkə və ərazidə insan alveri ilə bağlı vəziyyət və hökumətlərin müasir quldarlıqla mübarizə səyləri əks etdirilir.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, bu il ciddi nailiyyətlər qeydə alınıb. O, 29 ölkədə aşağı göstəricilərin dəyişdiyini, bunun isə hökumətlərin doğru istiqamətdə iş apardığına işarə olduğunu bildirib.

Hesabatda deyilir ki, 23 ölkə beynəlxalq standartlara riayət etməyib. 2010-cu ildə bu ölkələrin sayı 13 idi. 43 ölkə hazırda qara siyahıya salınıb və bu ölkələrə qarşı sanksiyalar tətbiq edilə bilər.

“Hesabat bizə insanın dəyərini bir daha xatırladır”-deyə ABŞ dövlət katibi Hillari Klinton bildirib.

“İnsan alverçiləri daha ayxşı həyat sorağında olanları hədəf alır. Bizim məqsədimiz yaxşı iş tapmaq, ailələrini pulla təmin etmək, özləri və ya uşaqlarını oxutmaq istəyən və sadəcə olaraq daha yaxşı həyat sorağında olan insanların ümidlərini bərpa etməkdən ibarətdir. Müasir quldarlıqla mübarizəyə qalxmışıqsa, vətənimiz və dünyada nə qədər irəlilədiyimiz və nə qədər irəliləməli olduğumuzu müəyyən etməli, 27 milyonluq qurbanları azad etməklə yanaşı, gələcəkdə buna yol verilməməsinə çalışmalıyıq.”
XS
SM
MD
LG