Accessibility links

Hüsni Mübarəkin məhkəməsi təxirə salınıb


Misir məhkəməsi sabiq prezident Hüsni Mübarəkin işini noyabr ayına kimi təxirə salıb. Sabiq prezident 2011-ci ildə onun hakimiyyətdən getməsinə səbəb olan nümayişlərdə etirazçıları öldürmək maddəsi ilə ittiham olunur.

Hakim şənbə günü məhkəməni təxirə salmazdan əvvəl bildirib ki, o və onun komandası məhkəmə işi ilə bağlı 160000 səhifəlik iddianəməni tam nəzərdən keçirməyib.

Məhkəmə işi əvvəllər də bir neçə dəfə təxirə salınmışdı.

Mübarək, daxili işlər naziri və digər altı baş təhlükəsizlik zabiti yüzlərlə nümayişçinin öldürülməsi əmrinə görə günahlandırılır.

Sabiq prezident 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Ancaq bir il sonra sərbəst buraxılaraq cəzası məhkəmə hökm çıxaranadək hərbi xəstəxanada ev dustaqlığı ilə əvəz edilib.

Həmin vaxtdan Misirdə demokratik seçkilər keçirilsə də, ordu hakimiyyətə gəlmiş prezident Məhəmməd Mursinin devrilməsində rol oynayıb.

Mübarəkin sabiq kəşfiyyat rəhbəri Abdel Fəttah əl-Sisi hazırda ölkəyə rəhbərlik edir.

XS
SM
MD
LG