Accessibility links

Azərbaycanda iki hərbi zavodun açılışı olacaq


Yavər Camalov
Yavər Camalov

Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur.

Bu barədə yanvarın 19-da Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında nazir Yavər Camalov bildirib.

Nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edilib

Nazir deyib ki, ötən il ölkədə onların iki istehsalat müəssisəsi istismara verilib. Bununla da bu tip müəssisələrin sayı 58-ə çatıb. Yaxın zamanlarda daha iki zavodun açılışı nəzərdə tutulur.

"Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub. Yeni nəsil silah növlərindən "Yalquzaq" snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, tüstü qumbarasının, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub", o qeyd edib.

Y.Camalovun dediyinə görə, indi Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qurumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsullun həcmi 2016 ilə müqayisədə 2.3 dəfə artıb.

XS
SM
MD
LG