Accessibility links

Gürcüstan və Türkiyə müdafiə nazirləri Azərbaycana gələcək


Azərbaycan-Gürcüstan-Türkiyə
Azərbaycan-Gürcüstan-Türkiyə

Üç ölkənin müdafiə naziri Naxçıvanda görüşəcək

Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəsmi dəvəti ilə avqustun 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə milli müdafiə naziri İsmət Yılmaz Azərbaycana gələcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Naxçıvan şəhərində müdafiə nazirlərinin Naxçıvan Muxtar Respublikanın ali məclisinin sədri Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması nəzərdə tutulub.

Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG