Accessibility links

ABŞ-ın böyük biznesləri və həmkarlar ittifaqları arasında razılıq əldə edilib


ABŞ rəsmilərinin bildirdiyinə görə, böyük bizneslər və həmkarlar ittifaqları arasında miqrant işçilərin proqramına dair razılıq əldə edilib.

Razılıq 11 milyon qeyri-qanuni mühacirin vətəndaşlıq əldə etməsinə yol aça bilər.

2015-ci ilin aprel ayının 1-də qüvvəyə minəcək “W-viza” proqramına malik olan insanlar bir ildən sonra daimi sakin statusu qazana bilər.

Proqramın ilk ili 20 min insan viza ilə təmin ediləcək. Maksimum illik vizaların sayı 200 minə çata bilər. Lakin işsizlik göstəricilərindən asılı olaraq vizaların sayı dəyişə bilər.

Ağ Ev rəsmiləri prezidenti Barak Obamanın mühacirət qanunları sahəsində əldə edilən bu nailiyyəti yüksək qiymətləndirdiyini bildirir. Onun ikinci dönəm seçki platformasında mühacirət qanunlarında islahatlar əsas məsələ olmuşdu.
XS
SM
MD
LG