Accessibility links

Müharibə cinayətlərində günahlandırılan iki sudanlı beynəlxalq məhkəməyə təslim oldu


Qiyamçı liderlər 2007-ci ildə Darfurda Afrika İttifaqının sülhməramlılarına edilən hücum zamanı törədilmiş muharibə cinayətində şübhəli bilinirlər

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) məlumat verir ki, müharibə cinayətlərində şübhəli bilinən iki sudanlı qiyamçi lider Hollandiya hüquq-mühafizə orqanlarına təslim olub. Abdulla Banda Abakər Nuran və Saleh Məhəmməd Cerbo Camus çərşənbə axşamı könüllü şəkildə Haaqa məhkəməsinə gəliblər. Onlar 2007-ci ildə Darfurda Afrika İttifaqının sülhməramlılarına edilən hücum zamanı törədilmiş muharibə cinayətində şübhəli bilinirlər. BCM bildirir ki, Şimali Darfurun Haskanita məntəqəsində baş verən qiyamçı hücumu 12 sülhməramlının ölümünə, səkkizinin isə ağır yaralanmasına bais olub. Məhkəmənin verdiyi məlumata görə qiyamçı liderlər cümə axşamı nəzərdə tutulan məhkəməyə qədər gizli yerdə saxlanılacaqlar. BCM hazırda Darfurda muharibə cinayəti törətməkdə gunahkar bilinən əlavə üç Sudanlını axtarır ki, bunların sırasında Sudan prezidenti Ömər əl-Bəşir də var.

XS
SM
MD
LG