Accessibility links

Robert Müllerin komandası Trampın seçkiqabağı kampaniyasına ianələrlə maraqlanır


ABŞ-ın xüsusi təhqiqatçısı Robert Müllerin komandası Trampın seçkiqabağı kampaniyasına ianələrlə maraqlanaraq, qeyri-adi bir addım ataraq Rusiya oliqarxlarını sorğuya çəkib.

Məlumatı yanan CNN şirkəti bir sıra mənbəyə istinad edərək, oliqarxlardan birinin özəl təyyarəsi ilə Nyu-York hava limanına enməsindən sonra dindirildiyini bildirib. Həmin şəxsin hətta elektron cihazları belə yoxlanılıb.

Digər bir oliqarx da ABŞ-a səfəri zamanı sorğu-sual edilib.

Hər iki halda təhqiqatçıları eyni məsələ-onların Trampın kampaniya qərərgahı və ya inaqurasiya komitəsinə pul köçürüb-köçürməmələri maraqlandırıb.

CNN Müller komandasının Rusiyadan mümkün pul axınına xüsusi diqqət yetirdiyini bildirib.

Federal Təhqiqat Bürosunun keçmiş rəhbəri olan Müller Rusiya ilə Trampın seçki kampaniyası arasında əlaqəni araşdırmağa təyin olunub.

ABŞ-da xüsusi müşavir haqqında qanun ona istintaq çərçivəsində aşkarladığı istənilən cinayəti araşdırmağa imkan verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG