Accessibility links

Mumbay hücumlarında əli olan dindar terror şəbəkələrini maliyyələşdirməkdə ittiham olunur


On ildən çoxdur Hindistanın Mumbay şəhərində ölümcül terror hücumu həyata keçirməkdə ittiham olunan şəxs qonşu Pakistanda terrorla əlaqəli iki hadisədə ittiham olunur.

Qadağan edilmiş bir qrupun üzvü olmaqda yanaşı, terror şəbəkələrini maliyyələşdirmək üçün pul toplamaqda ittiham edilən radikal din xadimi Hafiz Səid Pakistanın ikinci böyük şəhəri Lahordakı məhkəmə qarşısına çıxarılıb.

Ona hər itthama görə ayrı-ayrılıqda 2 dəfə 5 il yarım həbs cəzası verilib ki, onlar eyni vaxtda davam edəcək.

Mumbai Attacks
Mumbai Attacks

O zaman Səidin rəhbərlik etdiyi `Ləşkar-e-Təyyibə` və ya `LeT` kimi tanınan qrup 2008-ci ilin noyabr ayında Hindistanın maliyyə paytaxtı Mumbay şəhərində dörd gün davam edən bir sıra hücumlarda günahlandırıldı və o, dünya boyu məşhurlaşmışdı. Hücumlar zamanı amerikalılar, kanadalılar və avropalılar da daxil olmaqla, 166 nəfər ölmüşdü.

Bundan az sonra BMT-nin Təhlükəsizlik Şurası həm ona, həm də LeT-yə qarşı sanksiya tətbiq etmiş və ona `Xüsusi Təyin olunmuş Qlobal Terrorçu` adı verilmişdi. ABŞ 2012-ci ildə həbs edilməsinə görə 10 milyon dollar vəd etmişdi.

Pakistan `Ləşkar-e-Təyyibə`nin fəaliyyətini qadağan etsə də, tezliklə `Jamaət üd Dava` və ya `JuD` adı ilə yeni bir qrup ortaya çıxmışdı.

ABŞ və BMT bu qrupun fəaliyyətinə də qadağa qoyub.

XS
SM
MD
LG