Accessibility links

Mumbayda bina çöküb


Çərşənbə axşamı Hindistanınmaliyyə mərkəzi Mumbayda köhnə dörd mərtəbəli bina çöküb. 25-dən çox insan töküntülərin altında qalıb, azı dörd nəfərin öldüyü təsdiqlənib.

Bu, son on gündə Mumbayda çökən ikinci binadır. Şəhərdə yağan leysan yağışlar çox vaxt köhnə və ya pis inşa edilmiş binaları zəiflədir. Bu səbəbdən də illər ərzində şəhərdə bir neçə quruluş dağılıb.

Biz dəqiq bilmirik, amma qonşulardan alınan məlumatla birlikdə 30-dan insanın ilişib qaldığını təxmin edirik.

"Biz dəqiq bilmirik, amma qonşulardan alınan məlumatla birlikdə 30-dan insanın ilişib qaldığını təxmin edirik," deyə bir rəsmi bildirib. O, ərazidəki dar yolların xilasetmə əməliyyatlarını çətinləşdirdiyini söyləyib.

Reuters-ə danışan hadisə şahidi deyib ki, sakinlər xilasetmə işlərinə yardım edir və xəsarət alanlar əldə yaxınlıqda əraziyə daxil ola bilməyən təcili tibbi yardım maşınına aparılır.

Hindistanın qərbində Maharaştra ştatının baş naziri Devendra Fadnavis söyləyib ki, ilkin məlumata görə 100-dən çox yaşı olan binada təxminən 15 ailə yaşayırdı.

O deyib ki, hazırda diqqət xilasetmə işlərinə verilsə də, hökümət daha sonra istintaq başladacaq. Polis azı yeddi yaralının xəstəxanaya çatdırıldığını bildirib.

XS
SM
MD
LG