Accessibility links

Mumbayda musson yağışları azı 15 nəfərin ölümünə səbəb olub


Hindistanın Mumbay şəhərində güclü yağışlar səbəbindən zəifləyən bəndin evlərin üzərinə yıxılması azı 15 nəfərin ölümünə səbəb olub.

Rəsmilər çərşənbə axşamı səhər tezdən baş verən hadisə zamanı 60-dan çox insanın yaralandığını bildirib.

Faciə Mumbayda güclü musson yağışlarının dayanmadan yağdığı ikinci gün baş verib.

Sinoptiklərin bildirdiyinə görə, şəhərin bəzi hissələrində son 24 saat ərzində 300 millimetrdən çox yağış yağması kücələrdə və dəmir yolunda daşqınlara səbəb olub. Hökumət çərşənbə gününü qeyri iş günü elan edib.

Şənbə günü yaxınlıqdakı Pune şəhərində güclü yağışlar səbəbindən bənd uçaraq, miqrant işçilərin və onların ailələrinin yaşadığı komaların üzərinə yıxılıb. Nəticədə 15 nəfər ölüb.

XS
SM
MD
LG