Accessibility links

Müəmmər Qəzzafinin NATO-nun hava zərbələri nəticəsində yaralandığına dair xəbər təsdiq edilməyib


Müəmmər Qəzzafinin NATO-nun hava zərbələri nəticəsində yaralandığına dair xəbər təsdiq edilməyib
Müəmmər Qəzzafinin NATO-nun hava zərbələri nəticəsində yaralandığına dair xəbər təsdiq edilməyib

İtaliyanın xarici işlər naziri Liviya lideri Müəmmər Qəzzafinin NATO-nun hava zərbələri nəticəsində yaralandığına dair xəbərin təsdiq edilmədiyini bildirib. Müxbirlərlər söhbəti zamanı nazir deyib ki, Tripolidəki katolik keşiş Govanni Martinelli ona Qəzzafinin yaralandığı və şəhəri tərk etdiyini bildirib.

Liviyanın hökumət nümayəndəsi xəbərin yalan olduğunu deyib. Qəzzafinin Tripolidəki mövqeləri NATO-nun hücumlarına məruz qalır. Bu yaxınlarda onun hücumlardan birindən sağ çıxdığı bildirilmişdi. NATO isə Qəzzafinin hədəf alındığını inkar edir.

Bu gün ABŞ prezidenti Barak Obama NATO-nun baş katibi Anders Fog Rasmussenlə görüşərək, koalisya qüvvələrinin Liviyadakı əməliyyatlarını müzakirə edib.

XS
SM
MD
LG