Accessibility links

Qəzzafi istefa tələblərini rədd, üsyançıların nəzarətində olan iki şəhəri ələ keçirməyə cəhd edir


Qəzzafi istefa tələblərini rədd, üsyançıların nəzarətində olan iki şəhəri ələ keçirməyə cəhd edir
Qəzzafi istefa tələblərini rədd, üsyançıların nəzarətində olan iki şəhəri ələ keçirməyə cəhd edir

Liviya lideri Müəmmər Qəzzafi istefa tələblərini bir daha rədd edərək xalqın onu dəstəklədiyini bildirib. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı o iştişaşlara görə yenidən Əl-Qaidəni günahlandırıb

Şahidlərin dediyinə görə, Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr üsyançıların nəzarətində olan iki şəhəri ələ keçirməyə cəhd edib. Qərb xəbər agentlikləri şahidlərə istinadən bildirir ki, qüvvələr Breqa şəhərinə qarşı hücuma keçib. Yaxınlıqdakı Əcdabiyə şəhərinin havadan hücuma məruz qaldığı bildirilir. Neft ixracı obyektlərinin yerləşdiyi Breqanın kimin nəzarəti altında olduğuna dair ziddiyyətli məlumatlar əldə edilməkdədir. Breqa və Əcdabiyə hökumət əleyhinə namayişlər baş qadırdığından bəri rəqib qüvvələrin əlində idi.

XS
SM
MD
LG