Accessibility links

“Şimali Koreya zirvə görüşü ilə bağlı heç bir şərt irəli sürməyib”


Cənubi Koreya prezidenti Mun Cae-in deyir ki, Şimali Koreya qarşıdan gələn zirvə görüşü ilə bağlı ona və ABŞ prezidenti Donald Trampa heç bir şərt irəli sürməyib. Zirvə görüşündə Koreya yarımadasında nüvə silahlarının qadağası müzakirə ediləcək.

Mun cümə axşamı Cənubi Koreya mətbuat işçiləri ilə görüşərək, Şimali Koreya lideri Kim Conq Un ilə qarşıdan gələn sammit haqqında danışıb.

O bildirib ki, şimali koreyalılar görüşün keçirilməsi ilə bağlı Amerika qoşunlarının Cənubi Koreyadan çıxarılması da daxil olmaqla heç bir şərt irəli sürməyiblər. 1950-ci illərdə başlayan Koreya münaqişəsindən sonra Cənubi Koreyada təxminən 28,500 nəfərlik ABŞ hərbi heyəti yerləşdirilib.

Mun həm də qeyd edib ki, Şimali Koreya nüvə proqramının sona çatdırmasının müzakirəsinə açıqdır.

Cənubi Koreya prezidenti əlavə edib ki, dialoq 27 aprel tarixində iki Koreya dövləti arasında keçiriləcək zirvə toplantısından və hələlik tarixi müəyyən edilməyən Şimali Koreya-ABŞ zirvə toplantısından sonra da davam etdirilməlidir.

XS
SM
MD
LG