Accessibility links

Jan-Mark Eyro: Hazırki status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir


Jan-Mark Eyro
Jan-Mark Eyro

“Əgər tərəflər danışıqlar aparmaq və sülh imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək”. Bu barədə Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro AZƏRTAC agentliyinin sualının cavabında bildirib.

Nazir deyib ki, Fransa hərbi əməliyyatların olmasını istəmir.

“Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil. Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi”, o qeyd edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ilin mayında tərəflər atəşkəs barədə saziş imzalayıb. 2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa edilib. Döyüşlər zamanı tərəflər onlarla itki verib, çoxsaylı mülki yaşayış evləri, obyektlər dağıdılıb. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə tərəflər hərbi əməliyyatları dayandırıb.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan və Ermənistan prezidenləri ABŞ-ın təşəbbüsü ilə Vyanada, Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq, münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində müsbət irəliləyişlə bağlı hər hansı açıqlama olmayıb.

Münaqişənin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) hazırki status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib.

Cəbhə bölgəsində gərginlik 2017-ci ildə artan xətlə davam etməkdədir. Atəşkəs rejiminin pozulması daha da intensivləşib. Bir çox hallarda tərəflər ağır silahlardan istifadə edir. Hər iki tərəfdən itkilər var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG