Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşəcək


Elmar Məmmədyarov və Edvard Nalbandyan
Elmar Məmmədyarov və Edvard Nalbandyan

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqland (ABŞ) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə baş tutan görüşünün yekunu ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, görüşün yekununda nazirlər həmsədrlərin bu il yüksək səviyyədə görüş təşkil etmək təklifini prezidentlərinə çatdırmaqla bağlı razılığa gəliblər.

Minsk qrupunun həmsədrləri isə prezidentlərin görüşünün təşkilinə yardımlarını təklif edib.

Nazirlərin görüşündə həmçinin təmas xəttindəki durum müzakirə olunub.

Nazirlər və həmsədrlər bu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən görüşmək barədə razılığa gəlib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iki ölkənin xarici işlər nazirlərinin Brüssel görüşünün yekunları ilə bağlı bildirib ki, Azərbaycan tərəfi sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə təklifə razılığını bildirib.

Onun sözlərinə görə, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.

“2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

H. Hacıyevin sözlərinə görə, Məmmədyarov-Nalbandyan görüşündə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG