Accessibility links

Minsk qrupunun həmsədrləri Azərbaycan prezidenti ilə görüşüb


İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşüb
İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşüb

Prezident İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparılıb.

Sonra prezidenti Əliyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi qəbul edib.

İlham Əliyev və Endrü Şofer
İlham Əliyev və Endrü Şofer

Dövlət başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd edib.

“Buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır”, o qeyd edib.

Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd edib, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirib.

Endrü Şofer prezident Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlət başçısına çatdırıb.

O vurğulayıb ki, status-kvo qəbuledilməzdir və buna görə münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcək.

Xatırladaq ki, həmsədrlər Yerevandan Bakıya gəlib. Orada Ermənistan rəhbərliyi ilə görüşüblər. Bundan əlavə, amerikalı yeni həmsədr Şofer Qarabağa gedib və orada Bako Saakyanla tanış olub.

Yerli mediada yayılan məlumatlara görə, danışıqların əsas mövzusu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG