Accessibility links

Azərbaycan hərbiçisinin cəsədi aşkarlanıb


Cəbhə xətti
Cəbhə xətti

Noyabrın 23-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tapılmış Azərbaycan hərbiçisinin cəsədi 1988-ci il təvəllüdlü Cəlilbəyli Bəhruz Pərviz oğluna aiddir. Cəsəd Naxçıvanın Ordubad rayonu istiqamətində, Ermənistan Silahlı Qüvvələrinin mövqeləri yaxınlığında aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Mənbənin məlumatına görə, Cəlilbəyli hərbi cinayət törətdikdən sonrahərbi hissəni özbaşına tərk edib. O, həqiqi hərbi xidmətə 2017-ci ilin yanvarında çağırılmışdı.

Hərbiçinin Ermənistan mövqeləri yaxınlığına necə getdiyi və hansı cinayəti törətdiyi açıqlanmır.

Öz növbəsində, Azərbaycanın hərbi əsirlərin və girovların işləri üzrə Dövlət Komissiyası həlak olan şəxsin cəsədinin alınmasında köməklik göstərilməsi xahişi ilə beynəlxalq təşkilatlara müraciət edib.

XS
SM
MD
LG