Accessibility links

Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində təxribatın qarşısını aldığını bildirir


Yanan avtomobil
Yanan avtomobil

Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Bu barədə Azərbaycan Müdafiə Nazirlyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 11-də Ermənistan tərəfdən Azərbaycan ordusunun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərilib.

“Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus “UAZ” markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb. Tərəfimizdən görülən qabaqlayıcı tədbirlər nəticəsində erməni kəşfiyyat qrupunun irəliləməsinin qarşısı dərhal alınıb. Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan “UAZ” avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib”, mətbuat xidmətinin xəbərində deyilir.

Azərbaycan Müdafiə Nazirliyi yanan avtomobilin video göürnütlərini və fotolarını da yayıb.

Ermənistan tərəfi sərhəddə baş verən olayla bağlı hər hansı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG