"Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra Ermənistanla danışıqları daha intensiv şəkildə davam etdirəcəyik." Bu barədə martın 5-də Bakıda Mərakeş xarici işlər naziri Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, artıq həmsədrlərlə görüşdə Azərbaycan buna razılıq verib.
“Biz (Azərbaycan və Ermənistan xarici işlər naziri) prezidentlərin tapşırığı əsasında Cenevrədə, Vyanada görüşmüşük. Çox güman ki, seçkilərdən sonra, yəni Azərbaycan və Ermənistanda hökumət formalaşandan sonra biz intensiv şəkildə müzakirələri davam etrdirəcəyik”, nazir qeyd edib.