Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür


Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyininh Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev şəxsi “Twitter” hesabında yazıb ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür

Həmsədrlərlə görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Hikmət Hacıyevin yazdığına görə, görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edir.

XS
SM
MD
LG