Accessibility links

Müdafiə Nazirliyi: Ermənistanın kəşfiyyat-diversiya qrupunun bir üzvü əsir götürülüb


Karen Kazaryan
Karen Kazaryan

“İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu (Bakıdan 500 kilometr qərb) istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyi əsir götürülən şəxsin 1984-cü il təvəllüdlü Karen Kazaryan olduğu bildirir və onun fotosunu yayıb.

Mətbuat xidməti hadisə zamanı Azərbaycan Ordusunun bölmələrinin itki vermədiyini bildirir.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Artsurun Ovanesyan Karen Kazaryanın Ermənistan vətəndaşı olduğunu təsdiq edib.

“Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan vətəndaşının əsirlikdən qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan ofisinə müraciət edib”, o facebook səhifəsində yazıb.

Ermənistan Müdafiə Nazirliyi yerli mediaya bildirib ki, Ermənistanın Tavuş bölgəsinin Berdavan kəndinin sakini olan Karen Kazaryan Ermənistan Silahlı Qüvvələrində hazırda xidmət etmir və heç zaman orduda xidmət etməyib.

Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi sərhəddə insident və itkilərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG