Accessibility links

Azərbaycan Bako Saakyanın ABŞ-a səfərinə etiraz edir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyanın ABŞ-a səfər etməsinə qəti etirazını bildirib. Azərbaycanın etirazı diplomatik kanallarla ABŞ hökumətinə çatdırılacaq.

Bako Saakyan noyabrın 16-da ABŞ-a səfər edib. Onun görüşləri barədə hələ məlumat yayılmayıb.

Saakyan bundan öncə, noyabrın 14-dən Fransada səfərdə olub. Azərbaycan Xarici İşlər Nazirliyi həmin səfərlə bağlı Fransa hökumətinə də etirazını bildirib.

Dağlıq Qarabağın erməni icmasının liderləri demək olar ki, hər il ABŞ-a səfər edir, ABŞ-da humanitar aksiyalar keçirir, erməni diasporu ilə görüşür. Bako Saakyan isə bu ilin martında ABŞ-da səfərdə olub. Azərbaycan Xarici İşlər Nazirliyi adekvat olaraq hər il eyni məzmunlu bəyanatlarla çıxış edir. Rəsmi Vaşinqton isə səfərin şəxsi xarakter daşıdığını və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanığını bildirir. Bununla yanaşı, ABŞ Dağlıq Qarabağ ermənilərinin liderinə ABŞ-a səfər etməsi üçün hansı ölkənin vətəndaşı kimi və hansı qismdə viza verdiyini açıqlamır.

Bako Saakyan
Bako Saakyan

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən (digər həmsədrlər Fransa və Rusiyadır) biridir. Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın ABŞ-a səfərinin bu ölkənin rəsmi mövqeyinə uyğun olmadığını xatırladır.

“Qondarma rejimin nümayəndəsinin ABŞ ərazisinə daxil olması və qondarma qurumun ABŞ ərazisində təşviqinə icazə verilməsi bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərə, eləcə də ABŞ-ın separatçı qondarma rejimin tanınmaması ilə bağlı dəfələrlə bəyan etdiyi rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir”, Xarici İşlər Nazirliyi qeyd edir.

Nazirlik həmçinin ABŞ-ın viza məsləsində keçmiş Sovet İttifaqı ərazisindəki digər münaqişə tərəflərinə liberal yanaşmamasını xatırladır.

“Qəribədir ki, ABŞ tərəfindən viza verilməsinin liberal yanaşması keçmiş Sovet İttifaqı məkanındakı digər qanunsuz qurumlara münasibətdə yox, yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "rəhbərlərinə" münasibətdə tətbiq edilir”, nazirliyin açıqlamasında deyilir.

Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Müxtəlif mənbələrdə ABŞ-da 800.000 ilə 1.500.000 arasında erməni əsilli insanın yaşadığı göstərilir.

Əsasən Amerika Erməniləri Milli Komitəsi (Armenian National Committee of America) bu ölkədəki erməni diasporunun fəaliyyətini koordinasiya edir. Təşkilatın mənzil gərargahı Vaşinqtonda yerləşir, Yerevanda və Xankəndində də ofisləri var. AEMK ABŞ-ın 25 ştatında 45 filiala və iki regional ofisə malikdir.

Bu təşkilatın Fransada, Böyük Britaniyada, İtaliyada nümayəndəlikləri fəaliyyət göstərir.

AEMK-in bir illik büdcəsi bir neçə miyon dollar təşkil edir.

Bununla yanaşı, erməni lobbisinin ABŞ-da çoxsaylı digər təşkilatları da fəaliyyət göstərir, onlar bir neçə media orqanı təsis edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG