Accessibility links

Almaniyanın Münhen şəhərində 54-cü Təhlükəsizlik Konfransı keçirilir


Almaniyanın Münhen şəhərində 54-cü Təhlükəsizlik Konfransı keçirilir. Tədbirə dünyanın onlarla siyasi və hərbi liderləri minlərlə siyasətçi jurnalist və təhlükəsizlik eksperti toplaşıb.

Şər rejimləri artıq Yaxın Şərq və Şimali Asiyada beynəlxalq təhlükəsizliyə zədə yetirib

ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri H.R. Makmaster deyib ki, bu il biz ölkələrimiz və bütün bəşəriyyət üçün önəmli bir tədbirə toplaşmışıq.

“Biz müxtəlif növlü təhdidlər qarşısındayıq. Şər rejimləri artıq Yaxın Şərq və Şimali Asiyada beynəlxalq təhlükəsizliyə zədə yetirib” - deyə, Makmaster əlavə edib.

BMT-nin baş katibi Antonio Guterres xəbərdarlıq edib ki, Soyuq müharibədən bu yana dünya Şimali Koreyanın nüvə proqramı ilə bağlı ilk dəfə olaraq “atom qarşıdurması təhlükəsi” ilə üzləşib.

Makmaster
Makmaster

NATO-nun baş katibi Cens Stoltenberq isə deyib ki, beynəlxalq icma Şimali Koreyanın öz nüvə və silah proqramından əl çəkməsi üçün Pxenyanın üzərinə maksimum təzyiq tətbiq etməlidir.

Quterres və Stoltenberq bu bəyanatları fevralın 16-da Münhendə keçirilən illik Təhlükəsizlik Konfransında etdikləri müraciətdə veriblər.

Guterres deyib: "Mən təbii ki, Koreya Xalq Demokratik Respublikasının nüvə silahı və uzaqmənzilli raket proqramları barədə danışıram. Bütün bunlar beynəlxalq icmanın istəyinin və BMT Təhlükəsizlik Şurası qətnamələrinin ziddinə olaraq baş verir”.

BMT Təhlükəsizlik Şurası sanksiyalarının getdikcə artan sərtliyinə baxmayraq Şimali Koreya lideri Kim Jong Un nüvə raketlərinin inkişaf etdirilməsi proqramından imtina etmək istəmir.

Stoltenberg çıxışında xatırladıb ki, Pxenyan Münhenə Birləşmiş Ştatlara olduğundan daha yaxındır və beynəlxalq birlik Şimali Koreyanın nüvə ambisiyalarından daşınması üçün ona maksimum təzyiq göstərməlidir.

İsrailin baş naziri isə İranın nüvə silahı əldə etməsinə bir neçə il qaldığı barədə xəbərdarlıq verib.

Netanyahu
Netanyahu

Ölkəsində korrupsiya ittihamları ilə üzləşən Benyamin Netanjayu İranın Yaxın Şərqə davamlı hədə olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə İsrailin baş nazirinin iddialarını rədd edib. Nazir deyib ki, İran qarşılıqlı ehtiram əsasında regionda sülh və sabitliyi dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG