Accessibility links

Robert Muqabe: ABŞ və Britaniya Zimbabve hökumətinə qarşı təzyiqləri dayandırmalıdır


Zimbabve prezidenti Qərbin sanksiyalarına cavab olaraq, xarici şirkətlərə qarşı ölçülər götürüləcəyi barədə xəbərdarlıq verib.

Robert Muqabe deyib ki, ABŞ və Britaniya onun hökumətinə qarşı təzyiqləri dayandırmalıdır. 89 yaşlı lider bildirib ki, Britaniya və Amerika şirkətlərinə yaxşı
münasibət bəslənilirdi, lakin indi qisas vaxtı çatıb.

33 ildir dövlət başçısı vəzifəsində olan Muqabe yeddinci dəfə and içərək vəzifəsinə başlayıb. O, iyul ayının 31-i seçkilərində səslərin 61 faizini əldə etməklə qalib gəlmişdi.

Müxalifət və qərb seçkilərin şəffaflığını sual altına alır.
XS
SM
MD
LG