Accessibility links

Hararedə nümayişçilər Muqabeyə qarşı etiraz aksiyası keçirir


Paytaxt Harare küçələrinə axışan minlərlə zimbabveli nümayişçi prezident Robert Muqabenin rəsmi iqamətgahına doğru irəliləyib. Ölkəboyu etirazçılar uzun illərdir ölkəyə rəhbərlik edən Muqabenin istefasına çağırır.

Əllərində "Muqabe getməlidir" şüarları yazılan palakatlar daşıyan nümayişçilər iqamətgaha 200 metr yaxınlaşaraq, orada etiraz keçirib. Daha sonra milli qoşunlar onları dağıdıb.

Muqabe hazırda Dövlət Evində dustaq saxlanılır. Orada Muqabenin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı danışıqlar aparılıb.

Muqabenin bacısı oğlu Patrik Zhuvao şənbə Reuters-ə bildirib ki, onun dayısı ilə həyat yoldaşı doğru olan üçün ölməyə hazırdır. Cənubi Afrikada bilinməyən yerdən danışan Zhuvao Muqabenin istefaya getmək planının olmadığını deyib.

Zhuvao deyib ki, 93 yaşlı dayısının səhhəti yaxşıdır, amma ordu çərşənbə günü hakimiyyəti ələ keçirəndən bəri çox az yatıb.

Ordu daha öncə paytaxtda bu cür nümayişlərin qarşısını alıb, amma indi etirazları dəstəkləyir və nümayişçiləri fəallar, siyastəçilər və keçmiş azadlıq mübarizləri prezidentin istefasına çağıran çıxışlar etdiyi Zimbabve Meydanına istiqamətləndirir.

Zimbabve Meydanı simvolik bir məkandır. Zimbabvelilər 1980-ci ildə Zimbabve ağ azlıqların hakimiyyətindən azad olduqdan sonra Muqabeni sürgündən geri dönərkən orada qarşılayıb.

Ölkənin digər şəhərlərində də Muqabenin 37 illik hakimiyyətinə son qoyulmasına çağırış edən nümayişlər keçirilir.

Muqabenin ordunun, mənsub olduğu ZANU-PF partiyası və siyasi fəalların istefa çağırışlarına müqavimət göstərdiyi deyilir.

Robert Muqabe
Robert Muqabe

Muqabe ordu dövlət institutlarına nəzarəti ələ keçirəndən bəri ilk dəfə cümə ictiamiyyətə çıxıb. O, universitetdə məzuniyyət tədbirində iştirak edib. Onun zaman-zaman yuxuya getdiyi görülüb.

Müxalif qrupların üzvləri Muqabenin siyasi gələcəyi ilə ilə bağlı danışıqların tempi ilə bağlı məyusluğunu dil gətirir.

Müxalif Transform Zimbabwe (Zimbabveni Dəyiş) qrupundan Ceykob Ngarvhume deyib ki, Muqabenin hakimiyyətdən gedməsinə dair ümidlər yavaş-yavaş ölür.

Demokratik Dəyişiklik Hərəkatı partiyasına başçılıq edən sabiq baş nazir Morqan Tsvangirai də Muqabenin istefasına çağırış edənlərə qoşulub.

Cümə günü ABŞ dövlət katibi Reks Tillerson deyib ki, artıq cənubi Afrika ölkəsi mülki hakimiyyətə geri dönməlidir.

“Zimbabvenin qarşısında yeni yol seçmək imkanı var. Buna demokratik seçkilər və insan haqlarına hörmət daxil olmalıdır”, deyə Tillerson Vaşinqtonda Afrika nazirləri və diplomatları ilə görüşündən öncə bildirib. “Sonda höküməti Zimbabve xalqı özü seçməlidir”, o deyib.

Muqabenin hakimiyyətdən könüllü şəkildə gedəcəyinə dair işarə yoxdur.

Muqabe Zimbabve 1980-ci ildə müstəqliik ədlə edəndən bəri ölkənin yeganə başçısı olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG