Accessibility links

AXCP fəalının kassasiya şikayətinə baxılacaq


Murad Ədilov (Foto Natiq Ədilovun Facebook səhifəsindən götürülüb)
Murad Ədilov (Foto Natiq Ədilovun Facebook səhifəsindən götürülüb)

1 avqust 2014-cü ildə Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan və qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Murad Ədilovun (AXCP sədrinin mətbuat katibi olmuş və hazırda mühacirətdə olan, “Azərbaycan Saatı” televiziya proqramının aparıcısı Natiq Ədilovun qardaşıdır) kassasiya şikayətinə aprelin 13-də Ali Məhkəmədə baxılacaq.

Bu barədə vəkil Yalçın İmanov öz Facebook səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, şikayət Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2015-cil tarixli qərarından verilib. Həmin qərarla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməyib: “Muradın 6 il azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb”.

O ittihamı qəbul etmir və siyasi sifariş hesab edir. Amnesty İnternational Murad Ədilovu “vicdan məhbusu” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG