Accessibility links

Azərbaycanlı alpinistin “Öz Everestini tapmaq” kitabı


Murad Aşurlının “Öz Everestini tapmaq” kitabı
Murad Aşurlının “Öz Everestini tapmaq” kitabı

Azərbaycanlı alpinistin “Öz Everestini tapmaq” kitabı

Himalayda həlak olan Murad Aşurlının kitabının ABŞ-da təqdimatı olub

2014-cü ildə Himalay dağlarında faciəli çəkildə həlak olmuş azərbaycanlı alpinist Murad Aşurlının “Öz Everestini tapmaq” kitabının ABŞ-da təqdimatı olub.

Azərbaycan Alpinizm Federasiyasının məlumatına görə, təqdimat mərasimi Ericsson şirkətinin Dallas şəhərindəki ofisində keçirilib. Murad həmin şirkətdə rəhbər vəzifələrdən birini tuturdu.

Tədbir iştirakçılarından Muradın qardaşı, Azərbaycan alpinizm federasiyasının prezidenti İsrafil Aşurlı idi.

“Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə, mən bunu ciddi qəbul etmədim, - deyə, İsrafil Aşurlı öz Facebook səhifəsində yazıb.

“Murad indiyə kimi nə hekayə, nə oçerk yazmayıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin, çox saylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq Murad bir ildən də az müddətə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl o əlyazmasında nöqtə qoydu. Katmanduda olduğu zaman o, kitab üçün bəzi şəkilləri mənimlə telefonla müzakirə edib razılaşdırırdı. Lakin bu hələ bir surət idi, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam”, o qeyd edib.

İsrafil Aşurlının dediyinə görə, kitabın işıq üzü görməsinə birbaşa səbəbkar Muradın dostları, həmkarları və Ericsson şirkətinin rəhbərliyidir. Onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar. Kitabın tirajı məhduddur - iki min nüsxə. İngilis dilində dərc edilmiş bu əsəri İnternetdə sifariş vermək olar.

Xatırladaq ki, Murad Aşurlı dünyanın ən yüksək nöqtəsi olan Everestə (8848 m) qalxan ikinci azərbaycanlı idi. O, 2013-cü ildə bu zirvəni fəth etmişdi.

2014-cü il oktyabrın 21-də Murad Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.



Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG