Accessibility links

Apellyasiya Məhkəməsi Murad Ədilovu həbsdə saxlayıb [Audio-Müsahibə]


Natiq Ədilov
Natiq Ədilov

Natiq Ədilovun Amerikanın Səsinə müsahibəsi

Avqustun 25-də Bakı Apellyasiya Məhkəməsi AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilovun apellyasiya şikayətinə baxıb. Məhkəmə birinci instansiya məhkəməsinin Murad Ədilov barəsində seçdiyi üç ay həbs qəti imkan tədbirini qüvvədə saxlayıb.

Natiq Ədilovla müsahibə
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Məhkəmə həmçinin vəkillərin Murad Ədilov barəsində həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətlərini də təmin etməyib.

Bu il avqustun 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş, 7,4 qram marixuana, onun evinə baxış zamanı isə 685 qram marixuana götürdüyünü bildirib. Faktla bağlı cinayət işi qaldırılıb və Ədilov saxlanılıb.

Bakı şəhər Nərimanov rayon məhkəməsi Murad Ədilov barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 ay həbs qətimkan tədbiri seçib.

M.Ədilov məhkəmədə saxlanılarkən Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakığa məruz qaldığını bildirib, narkotika saxlamqla bağlı ittihamları qəbul etməyib.

O AXCP-nin mətbuat xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin müxbiri Natiq Ədilovun qardaşıdır. Murad Ədilov həm də müxlifət partiyasının yerli fəallarındandır.

Natiq Ədilov Amerikanın Səsinə müsahibəsində məhkəməni siyasi, ittihamları böhtan adlandırıb. “İttiham tam böhtandır. Hakmiyyət bununla cənmiyyəti qorxu içərisində saxlamaq istəyir. Qardaşımın həbsi mənə və AXCP-yə qarşı yönəlmiş siyasi sifarişdir. Bizim ailəni hamı tanıyır və bilirlər ki, ailəmizin heç bir üzvü narkotik istifadəçisi deyil. Evimizə çoxsaylı silahlı adamlar hücum edib. Uşaqları qorxudublar”, o qeyd edib.

O qardaşının işgəncələrə məruz qaldığını deyib. “İşgəncələrin izləri indi də qardaşımın bədənində qalmaqdadır”, Ədilov bildirib.

XS
SM
MD
LG