Accessibility links

Rusiyalı jurnalist Muratov Ukrayna qaçqınlarına kömək etmək üçün Nobel mükafatını hərraca çıxarır


Dmitri Muratov 
Dmitri Muratov 

Moskvada çıxan müstəqil “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov Rusiyanın əsassız işğalından qaçan ukraynalı qaçqınlara yardım üçün vəsait toplamaq üçün Nobel mükafatını hərraca çıxarır.

Jurnalist kimi həqiqəti üzə çıxarmaq uğrunda apardığı mübarizəyə görə 2021-ci il Nobel Sülh Mükafatına layiq görülən Muratov martın 22-də qəzetində verdiyi açıqlamada fevralın 24-də müharibə başlayandan bəri milyonlarla ukraynalının artıq didərgin düşdüyünü nəzərə alaraq bu addımı atdığını bildirib.

“Bütün dünyaya məlum olan bu mükafatı hərraca çıxarmaqda maraqlı olan hərrac qruplarından bizimlə əlaqə saxlamalarını xahiş edirəm” – deyə, o qeyd edib.

Muratov və Novaya qazeta bu elandan istifadə edərək, Ukraynada beş tədbirin - atəşkəs, hərbi əsirlərin mübadiləsi, ölənlərin vətənə qaytarılması, humanitar dəhlizlərin yaradılması və qaçqınlara yardımın “dərhal” həyata keçirilməsinə çağırış edib..

Moskvanın hücuma başlamasından bəri Rusiya qüvvələrinin on minlərlə əsgəri Ukraynaya hərbi müdaxilə edib, ölkənin müxtəlif bölgələrində intensiv hava zərbələri və küçə döyüşləri baş verib.

Martın əvvəlindən Muratov və onun qəzeti senzura və hökumət xəttinə əməl etməyən jurnalistlərin cinayət təqibi təhlükəsi səbəbindən Ukraynada baş verənlərlə bağlı məlumat verməkdən yayınıblar.

Rusiya mediasına nəzarət orqanı Roskomnadzor Rusiyanın Ukraynadakı hərəkətlərini işğal və ya müharibə kimi təsvir etməyi qadağan edib, bunun əvəzinə “xüsusi hərbi əməliyyatlar” adlandırıldığında təkid edib.

Rusiya prezidenti Vladimir Putinin martın 5-də təsdiq etdiyi qanun cinayət törətməkdə təqsirli bilinən şəxslərin 10 ilədək həbs cəzasını nəzərdə tutur.

Rəsmilərin Rusiya hərbçiləri haqqında “ciddi nəticələrə” səbəb olan “qəsdən yalan məlumat” hesab etdiyi məlumatların yayılmasına görə cəza 15 il həbsdir.

Muratovun bəyanatı Rusiyanın VKontakte sosial şəbəkəsi həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının, müxalif Moskva bələdiyyəsinin deputatı İlya Yaşinin və Navalnının komandasının hökumətin fərmanına əməl etmədikləri üçün Ukraynadakı müharibə ilə bağlı paylaşımlarına görə hesablarını bloklamasından bir neçə saat sonraya təsadüf edib.

XS
SM
MD
LG