Accessibility links

Məhəmməd Mursinin ailəsi hərbi hökuməti hədələyib


Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin ailə üzvləri hərbi hökuməti məhkəməyə verəcəyi ilə hədələyib.

Qahirədə təşkil edilən mətbuat konfransında ailə üzvləri ordunun Mursini oğurladığını deyib. Onun oğullarından biri və qızı atalarını iyul ayının 3-dən, hərbi çevrilişdən bəri görmədiklərini deyib.

Ordu rəsmiləri isə Murisinin müdafiəsi məqsədi ilə onun nəzarətdə saxlandığını bildirir.

Mursinin rəhbərlik etdiyi Müsəlman Qardaşları partiyası demək olar ki, sabiq prezidentin azadlığa buraxılması tələbi ilə hər gün yürüşlər keçirir.

Demokratik seçkilər yolu ilə hakimiyyətə gələn Məhəmməd Mursi yalnız bircə iI prezidentlik vəzifəsini icra etmişdi.

Misirin müvəqqəti hökuməti gələn ilin əvvəlində prezident və parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG