Accessibility links

Murtaza Muradpur aclıq aksiyasının 7-ci həftəsindədir


Murtaza Muradpur

Türk fəal sərbəst buraxılmasını tələb edir

Siyasi məhbus Murtaza Muradpurun azadlıq tələbi ilə ötən oktyabr ayının 25-dən başlatdığı aclıq aksiyası 7-ci həftəsinə daxil olub. Təbrizli fəalın ailəsi ilə bərabər İran Azərbaycanında fəaliyyət göstərən bir çox mədəni fəal da yerli məsullar və hüquq müdafiəçilərini Muradpurun durumuna laqeyd qalmamağa çağırırlar.

Təbriz Mərkəzi Zindanında aclığa başlayan 29 yaşlı fəal noyabrın 4-də Kərəc şəhərinə sürgün edilərək şəhərin Mərkəzi Penitensiarına köçürülüb.

Keçən günlərdə qardaşı ilə həbsxanada görüşə bilən Fərdin Muradpur onun həddindən artıq çəki itirdiyini bildirib.

Murtaza Muradpur ölümlə əlbəyaxadır. O, aclığa son versə də artıq bədəninə sağalmaz zərərlər vurulub. Bunlar ömrünün sonuna qədər onunla qalacaq.

Fərdin Muradpur Facebook səhifəsində yazıb ki, “qardaşım İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyir və tətbiq edilənə qədər aksiyaya son verməyəcəyini deyir.”

O daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə həmin maddə ilə bağlı belə deyib: “Murtaza 3 il həbs müddətindən 2 ilini keçirib. O, indi İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq edilmədiyinə etiraz olaraq aclıq aksiyası keçirir. Bu maddəyə görə, qardaşımın bir il həbs müddəti azalıb, 2 ilə düşməli idi.”

Murtaza Muradpurun vəkili Cəfər Afşarniya isə sosial mediada milli fəalın məhkəmə dosyesi və 134-cü maddənin onun durumu ilə bağlı necə işlədiyinə dair ətraflı məlumat verib.

Vəkilin yazdığına görə, “Murtaza Muradpur həbs müddətinin 2 ilinindən çoxunu keçirib və hazırda 134-cü maddənin ikinci hissəsinin həyata keçirilməsi ilə sərbəst buraxılmalıdır. O, haqlı olduğunu sübut etmək üçün canını meydana qoymuşdur.”

Türk fəal və yazar Ruzbeh Səadəti Muradpurun ölümlə əlbəyaxa olduğunu yazıb. “O, aclığa son versə də artıq bədəninə sağalmaz zərərlər vurulub. Bunlar ömrünün sonuna qədər onunla qalacaq,” deyə Səadəti öz Facebook səhifəsində paylaşıb.

XS
SM
MD
LG