Accessibility links

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri polisə aparılıb


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri və Bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli martın 6-da müxalifətin martın 10-na təyin etdiyi "Ümumxalq mitinqi" ilə əlaqədar polisə çağırılıb. Bir müddət sonra polis əməkdaşları özləri onu aparıblar.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində rəis müavini Mustafa Hacıbəylinin müxalifətin mitinqində iştiraka çağırışları ilə bağlı iradlarını bildirib. Sonra Mustafa Hacıbəyli sərbəst buraxılıb.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, martın 6-da partiyanın bir sıra təşkilatlarının rəhbərləri də polisə çağırılıb.

Onun sözlərinə görə, şəhər meriyası hələlik təşkilatçıların mitinq keçirilməsi ilə bağlı sorğusuna cavab verməyib.

"Talana yox, monarxiyaya son!" şüarı ilə keçiriləcək aksiyanın təşkilatçısı Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Müsavat partiyalarıdır.

XS
SM
MD
LG