Accessibility links

Müsavat Partiyası “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyasına başlayıb


Mayın 12-də Müsavat Partiyasının təşəbbüsü ilə bu partiyanın qərargahında “Siyasi məhbuslara azadlıq!" tələbi ilə aclıq aksiyası başlayıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah Amerikanın Səsinə bildirib ki, hazırda aksiyaya Bakıda 5 və Masallıda 1 partiya fəalı qoşulub.

“Mayın 14-də aclıq edənlərin sayı 10 nəfərə çatacaq. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Hazırda aksiyanın keçirilməsi üçün geniş yer təşkili ilə məşğuluq. Aclıq müddətsizdir və ölkənin bütün regionlarına yayılacaq”, E.Fəttah qeyd edib.

Müsavat Partiyası mayın 14-də saat 14-də aclıq aksiyası ölkədəki mövcud ictimai-siyasi durum, o cümlədən iqtidarın siyasi partiyalarla görüşü mövzusunda mətbuat konfransı keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG