Accessibility links

Müsavat Partiyası həbs olunmuş N!DA-çıların dərhal azadlığa buraxılmasını tələb edir


N!DA Vətəndaş Hərəkatı (logo)
N!DA Vətəndaş Hərəkatı (logo)

“Təqib və təzyiqlərlə cəmiyyətdə günbəgün artan narazılıqların və etiraz dalğalarının yatırılması mümkün olmayacaq”

Müxalifətdə olan Müsavat Partiyası N!DA Vətəndaş Hərəkatının üzvlərinin həbsini, onların həbsi ətrafında aparılan şou xarakterli kampaniyanı qətiyyətlə pisləyir və həbs olunmuş N!DA-çıların dərhal azadlığa buraxılmasını tələb edir. Bu barədə partiyanın martın 15-də yaydığı bəyanatda deyilir.

Partiya habelə bildirir ki, bu cür təqib və təzyiqlərlə cəmiyyətdə günbəgün artan narazılıqların və bu narazılıqlar fonunda yüksələn etiraz dalğalarının yatırılması mümkün olmayacaq.

Martın 14-də N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənov həbs edilib və barəsində üç ay həbs qətimkan tədbiri seçilib. Bundan əvvəl isə həmin hərəkatın uç üzvü - Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzov həbs olunub.

Həmin gənclərə guya ölkədə qarışıqlıq salmaq, kütləvi aksiyalarda yandırıcı, partladıcı maddələrdən istifadə olunmasına hazırlıq görmələri, narkotik saxlamaq və digər absurd ittihamlar irəli sürülüb. Hakimiyyətin yüksək çinli məmurları bu işin arxasında guya radikal müxalifətin dayanması kimi heç bir əsası olmayan fikirlər səsləndirir, sənəddə qeyd edilir.

Müsavat Partiyası bildirir ki, N!DA Vətəndaş Hərəkatı ölkədə demokratik dəyişikliklər, azad vətəndaş cəmiyyətinin formalaşması, siyasi və sosial-iqtisadi sahədə köklü islahatların aparılması uğrunda mübarizə aparır. Hərəkat yarandığı gündən indiyə kimi Azərbaycan konstitusiyası və qanunları çərçivəsində mübarizə aparıb və getdikcə cəmiyyət arasında geniş nüfuz qazanmaqdadır. Hakimiyyət onu təşvişə salan məhz bu məqama görə, gəncləri susdurmaq üçün repressiv addımlara rəvac verib.

N!DA-çılara qarşı Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG