Accessibility links

2015-ci ildə Amerikanın 20 ştatında müsəlmanlara qarşı 196 cinayət işlənib


Son araşdırmalara görə, ABŞ-da müsəlmanlara qarşı cinayətlərin 2001-ci il 11 sentyabr hadisələrindən sonra artdığı müşahidə edilir. Onlar Amerikada dini azlıqlar arasında ən çox alçaldılan grup hesab edilir.

Polisin rəsmi hesabatına görə, 2015-ci ildə Amerikanın 20 ştatında müsəlmanlara qarşı 196 cinayət işlənib.

Bu göstərici 2014-cü illə müqayisədə 78 faiz, başqa sözlə 110 insident çoxdur. Cinayətlərə qətllər və yanğın törətmələr daxildir.

Ərəblərə qarşı nifrət zəminində cinayətlər 219 faiz təşkil edir.

Ümumilikdə Amerikada nifrət zəminində cinayətlərin 5 faiz artdığı bildirilir. 2014-cü ildə bu göstərici 4139 təşkil edirdisə, 2015-də insidentlərin sayı 4347-yə yüksəlib.

Yəhudilər və homoseksuallara qarşı cinayətlər isə daha aşağı göstəricilərlə ölçülür.

Nifrət və Ekstremizm Araşdırmaları Mərkəzinin direktoru Brayan Levin bunu terrorizm, siyasi mövqelər və mənfi rəyin kombinasiyası kimi qiymətləndirir.

3.3 milyon müsəlman ABŞ əhalisinin 1 faizini təşkil edir.

XS
SM
MD
LG