Accessibility links

Müsəlman Qardaşları təşkilatının liderləri Qətəri tərk edir


Müsəlman Qardaşları təşkilatının liderlərindən biri Amr Darrag
Müsəlman Qardaşları təşkilatının liderlərindən biri Amr Darrag

Qətər hökuməti Müsəlman Qardaşları təşkilatının yüksək səviyyəli bəzi üzvlərinin ölkəni tərk etməsini istəyib. Buna səbəb onların Qətərdə mövcudluğu ilə əlaqədar olaraq qonşu ölkələrlə münasibətlərdə gərginliyin yaranması olub.

Qətəri tərk etmək barədə qərar haqda Müsəlman Qardaşları təşkilatının liderləri özləri xəbər veriblər. Təşkilatda nüfuzlu siyasi fiqur olan Amd Darraq öz Feysbuk səhifəsində video mesaj yerləşdirərək, Qətər üçün problem yaratmaq istəmədiyinə görə ölkəni tərk etdiyini bildirib. O, Qətər hökumətinin ondan və bir neçə başqa şəxsdən ölkəni tərk etmələrini istədiyini deyib.

2013-cü ilin iyul ayında Misirdə prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra Müsəlman Qardaşları təşkilatının üzvləri Qətərdə sığınacaq tapmışdı. Qətərin təşkilatın üzvlərinə sığınacaq verməsi qonşu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, habelə Misirdə qəzəblə qarşılanmışdır. Hər üç ölkə öz nümayəndələrini Qətərdən çıxarmışdı.

Qətər rəsmiləri Müsəlman Qardaşları təşkilatının liderlərinin ölkəni tərk etməsini elan etməsilə bağlı şərh verməyib.

XS
SM
MD
LG