Accessibility links

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini karserə salınıb


Elçin Qasımov
Elçin Qasımov

“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov Kürdəxanı təcridxanasında 5 sutkalıq cərimə kamerasın (karserə) salınıb.

Bu barədə vəkili Elçin Qəmbərov bildirib.

“Onun səhhəti pisdir. Buna baxmayaraq, Qasımovun xəstəxanaya köçürülməsi barədə müraciətlərimizdən imtina edilib. Əvəzində isə “operativ olaraq” karserə salıblar. Hesab edirəm ki, bu inzibati cəzadan sonra onun vəziyyəti pisləşəcək”, vəkil bildirib.

E.Qasımovun hansı səbəbdən karserə salınması barədə vəkilinə bilgi verilməyib.

Bu məsələyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən aydınlıq gətirmək hələlik, mümkün olmayıb.

E.Qasımov 2015-ci il noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

E.Qasımov barəsində Cinayət Məcəlləsinin 221.2.2 (Xuliqanlıq, hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 315.1 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.

Elçin Qasımov saxlandıqdan sonra, onlarla dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. Həmin vaxt da saxlananlar olub.

Bundan bir qədər sonra, noyabrın 26-da Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin vaxt ikisi polis olmaqla altı nəfər həlak olub. Hərəkatın 15 üzvü, o cümlədən rəhbəri Taleh Bağırov həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG