Accessibility links

Taleh Bağırzadənin müavini 13 maddə ilə ittiham olunur


Elçin Qasımov
Elçin Qasımov

Aprelin 23-də “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) daha 11 maddəsi üzrə ittiham irəli sürülüb. Bu barədə Turan-a vəkil Elnur Nəbiyev bildirib.

Belə ki, əvvəlki ittihamlar – CM-in 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) və 315.1 (hakimiyyət nümayəndisənə qarşı zorakılıq tətbiq etmək) maddələri ilə yanaşı, E.Qasımov həm də aşağıdakı maddələrlə ittiham olunur:

CM-in 214.2.1 (mütəşəkkil qrup tərkibində terrorizm), 214.2.3 (odlu silah işlətməklə terrorizm), 214-2 (terrora açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizliyə çağırışlar), 228.3 (mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz silah dövriyyəsi), 228.4 (qanunsuz odlu silah və qaz balonunun gəzdirilməsi), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və onlarda iştirak), 278(hakimiyyətin zorla ələ keçirilməsi), 279.1 (qanunsuz silahlı birləşmələrin yaradılması və ya onlarda iştirak), 281.2 (mütəşəkkil qrupun tərkibində silahlı qiyamda iştirak) və 283.2.3 (mütəşəkkil qrupun tərkibində dini ədavətin qızışdırılması) maddələri.

Vəkil bildirib ki, E.Qasımov cinayət məsuliyyətinə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin və 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs olunan digər şəxslərin işi üzrə keçir.

Vəkilin sözlərinə görə, E.Qasımov bütün ittihamları rədd edir. Həbsin uzadılması barədə qərardan şikayət veriləcək. İş üzrə 71 nəfər həbs olunub.

XS
SM
MD
LG