Accessibility links

Müsəlmanlar Qurban Bayramında qiymətlərin bahalığından gileylənir [Video]


Dünya boyu müsəlmanlar Qurban bayramını qeyd edir. İslam dininin beş şərtindən biri olan Həcc ziyarətinin sonunda onlar qurban kəsərək ibadətlərini başa vurur. Bəzi ölkələrdə bayram bazar ertəsi günü, bəzilərində isə çərşənbə axşamı günü qeyd olunur. Ay təqviminə əsasən, bayram günü hər il dəyişir. Qurban bayramında İbrahim peygəmbərin öz oğlu İsmayılı Allaha qurban etməyə hazır olduğu vaxt Allah tərəfindən lütf olaraq ona qoç göndərilməsi qeyd edilir. Müsəlmanlar Allahın mərhəməti qarşısında qurban kəsərək bayramı qeyd edirlər. Bəzi müsəlman ölkələrində iqtisadi vəziyyətlə əlaqədar olaraq insanlar bayramı çətin şəraitdə qeyd edir.

Müsəlman ölkələrində mal-qara bazarlarında izdiham olsa da, bəzi ölkələrdə ticarətçilər satışların zəif olduğundan gileylənir.

Gül Əhməd: “Bəzən ticarət yaxşı getmir. Bayram vaxtı bəzən ailəmizin məsrəflərini qarşılaya bilmirik. Əgər indi satmaq istəyiriksə, o zaman ucuz satmalıyıq.”

Müştərilərin çoxu qurbanlıq heyvan ala bilmir. Müharibə şəraitində olan Suriyada qoyunun qiyməti olduqda bahadır.

Əbu Ziyad: “Keçən il çox çətin öhdəsindən gəldim. Bu il alınmayacaq. Qiyməti soruşanda çətin olacağını anladım. Bu il qurban ala bilməyəcəm.”

Nigeryalı mal-qara satıcıları deyir ki, onların müştərilərinin çoxu bir yerdə heyvan alır və əti aralarında bölüşür.

Kabir Mansur Aşura: “Böyük ailəsi olan bir adamın təxminən 95 dollara qoç almağındansa, dostlar və ya iş yoldaşları ilə birlikdə bir öküz alıb əti paylaşırlar.”

Qurbanlıq heyvan əvəzinə sadəcə ət almaq ənənədən uzaqlaşmaq sayılır. Qabonlu Əbdül Rauf deyir ki, Bayram həmçinin paylaşmaq deməkdir.

Əbdül Rauf: “Biz əgər qurban kəsiriksə, bunu özümüz üçün saxlamamalıyıq. Biz bunu imkansız ailələrə paylamalıyıq. Sən bunun bir hissəsini paylamalısan.”

Türkiyə bu dini vəzifəyə çox ciddi yanaşır. İsraillə blokadada olan əraziyə humanitar yardımın çatdırılması haqda razılıq əldə etdikdən sonra Qəzzaya ərzaq, geyim və digər ləvazımatlar göndərilib. Bazar günü çatan yardımla bu dəfə velisopedlər də göndərilib.

Sinan Deridere: “Biz Qurban bayramı münasibətilə Qəzzaya velisopedlər paylamağa gəlmişik. Biz uşaqları sevindimək və Fələstin xalqına dəstəyimizi nümayiş etdirmək istəyirik.”

Bu il Həcc ziyarəti zamanı müşahidə edilən fərqliliklərdən biri də iranlıların çoxunun İslamın Səudiyyə Ərəbistanında müqəddəs şəhəri sayılan Məkkəyə deyil, İraqda Kərbalaya getməsidir. Keçən il Məkkədə İran zəvvarların çoxu izdiham nəticəsində həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG